“Pfizer” vaksini sinəni böyüdür?! Qəribə yan effekt

  “Pfizer” vaksini sinəni böyüdür?!    Qəribə yan effekt
  09 İyul 2021    Oxunub:7005
Norveçdə aktiv şəkildə “Pfizer” vaksininin qəribə bir yan effekti müzakirə edilməkdədir: Bəlli olub ki, bu vaksin... qadınların sinəsini böyüdür.
Azvision.az Norveçin nrk.no saytına istinadla xəbər verir ki, müzakirlər Emma adlı 17 yaşlı qızın vaksin vurdurandan sonra sosial şəbəkədə paylaşdığı video və şəkillərdən sonra başlayıb. Ona verilən reaksiyalardan bəlli olub ki, bu hal başqa qadınların da başına gəlib. Bundan sonra ekspertlər məsələyə münasibət bildiriblər.
217 dəfə COVID-19 peyvəndi vurdurdu, immuniteti zəifləmədi

- Biz bəzi qadınlarda limfa düyünlərin böyüməsin müşahidə edirik,- mammoloq Haynrix Bakkman deyib,- Amma bu, qısammüddətli effektdir. Bir neçə həftədən sonra limfa düyünləri təbii ölçülərinə qayıdır.

Öz növbəsində, amerikalı ekspertlər bildirblər ki, statistikaya görə, bu hal vaksin vurduran qadınların 10%-də müşahidə olunur. Onların sözlərinə görə, yan effektdən dolayı narahat olmağa dəyməz, amma süd vəziləri bir aydan sonra təbii ölçülərinə qayıtmasa, həkimə müraciət etmək lazımdır.

“Pfizer” şirkəti rəsmi açıqlamasında da məsələyə aydınlıq gətirərək deyib ki, vaksinin təsirindən limfa düyünlərinin böyüməsi mümkündür.

Samir Quliyev

Azvision.az



Teqlər: Vaksin  





Xəbər lenti