Süni intellektli dron dəstəsi: İsrail hərb işində yeni çevriliş etdi

   Süni intellektli dron dəstəsi:    İsrail hərb işində yeni çevriliş etdi
  05 İyul 2021    Oxunub:9103
May ayında Fələstinlə hərbi toqquşma zamanı İsrail sadəcə PUA-lardan yox, süni intellektlə idarə olunan dron dəstələrindən itifadə edib. Bu, dünyada dron dəstəsindən hərbi məqsədlə istifadə etməyə dair ilk nümunədir.
Azvision.az “New Scientist”ə istinadla xəbər verir ki, adətən PUA-ları kənardan operator idarə edir. Özü də hər PUA-nın ayrıca operatoru olmalıdır. Amma İsrail keyfiyyətcə yeni mərhələyə yüksəlib: Onun ordusu arı pətəyi kimi şəbəkə halında birləşən və süni intellektlə idarə olunan PUA-ların tətbiqinə keçib. Bu zaman operator ancaq bütün dəstəyə ümumi tapşırığı verməklə işini yekunlaşdırır. Missiyanın davamını isə süni intellekt idarə edir.

Belə dəstənin hətta bir neçə “üzvü” düşmən tərəfindən zərərsizləşdirilsə də, digərləri süni intellektin idarəçiliyi altında tapşırığı sona qədər yerinə yetirirlər.


May ayındakı döyüşlər zamanı İsrail “Elbit Systems”in istehsalı olan “Hermes” dronlarının dəstə halında birləşməsindən əmələ gələn “arı pətəyi”ndən istifadə edib. 9 kiloqram ağırlığı olan bu kvadrokopterlər əsasən kəşfiyyat dronları olsalar da, “Hermes 900” ağır silahlar daşımağı bacarır. Onlar praktik olaraq səssiz uçurlar.
İranlı general: “Azərbaycan vacib bə effektiv mövqeyə malikdir”

May ayında İsrailin PUA dəstələri süni intellektin idarəçiliyilə 30-dan çox uğurlu əməliyyat həyata keçirib. Onlar “Həmas”a məxsus raket komplekslərini atəş açmağa imkan tapmamış aşkarlayaraq, məhv ediblər. Dron sürüsünün özünü məhv etmək isə praktik olaraq, real deyil.

Azvision.az “Defense Update” dayanaraq, bildirir ki, İsrail bu texnikanın yaradılmasına 2019-cu ildən başlayıb. Ekspertlər artıq məsələni ciddi şəkildə təhlil edirlər. Onlar bildirilər ki, yaxın gələcəkdə ölkələr müharibələrdə süni intellektin idarə etdiyi minlərlə drondan ibarət sürülərdən istifadə etməyə başlasalar, bu, hərb işinin kökündən dəyişməsinə gətirib çıxaracaq.

“İstisna deyil ki, biz yeni kütləvi qırğın silahının yaranmasına şahidlik edirik”,- “New Scientist” yazır.

İsrailin Müdafiə Nazirliyi artıq bildirib ki, süni intellektlə idarə olunan dron parkını genişləndirmək və yaxın gələcəkdə onların vasitəsilə aparılan əməliyyatların sayını çoxaltmaq niyyətindədir.

Tariyel Həsənov
Azvision.az



Teqlər: Hərb   Dron   İsrail  





Xəbər lenti