FHN 42 yaşlı kişini ölümdən qurtardı
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, 1972-ci il təvəllüdlü vətəndaş ağacdan yıxılaraq qayadan asılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı qayadan endirib və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 22:47-də başa çatıb.
AzVision.az
Teqlər: