Dənizdə nə partlayıb?! - Rəsmi açıqlama (Yenilənib)

  Dənizdə nə partlayıb?!  - Rəsmi açıqlama  (Yenilənib)
  04 İyul 2021    Oxunub:4818
Sosial şəbəkədə Xəzər dənizində baş verən naməlum partlayışın videosu yayılıb.
Azvision.az xəbər verir ki, əvvəlcə dənizdə qaz yatağının partladığı ehtimal edilib. Lakin tezliklə bu versiya təkzib olunub.


"Partlayışa səbəb vulkan püskürməsidir" - ETSN

SOCAR-ın yaydığı açıqlamaya görə, dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir:
"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir ",- şirkətdən bildiriblər.

"Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq",- deyə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib.




Dənizdə baş verən partlayış hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də açıqlama yayıb. Nazirlik bildirib ki, hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssislərilə birgə araşdırma aparılır. Mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkanının püskürməsidir.

Azvision.az

Əlaqəli mövzular:
"Partlayışa səbəb vulkan püskürməsidir" - ETSN
FHN açıqlama yaydı: "Partlayış olmayıb"



Teqlər:   Partlayış  





Xəbər lenti