Prezidentdən 2 milyonluq sərəncam

Prezidentdən 2 milyonluq sərəncam
  29 Mart 2013    Oxunub:1494
Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda Bakı şəhəri Xəzər rayonunun Şüvəlan və Buzovna qəsəbələri ərazisində əlli beş min nəfər əhalinin istifadə etdiyi ümumi uzunluğu 16,5 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Bakı şəhərinin Xəzər Rayon İcra Hakimiyyətinə ayrılması nəzərdə tutulur



Teqlər:  





Xəbər lenti