Bakıda bomba həyəcanı

Bakıda bomba həyəcanı
  13 Mart 2014    Oxunub:1332
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aidiyyatı qurumlar məlumatlandırılıb. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edərək axtarış işləri aparıblar. Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib.

Əməliyyat saat 00:10-da başa çatıb.


Teqlər:





Xəbər lenti