Bu mərkəz yeni nəsil texnologiyaları araşdıracaq

  21 İyun 2021    Oxunub :649
Bu mərkəz yeni nəsil texnologiyaları araşdıracaq
Gələcək zamanla bağlı fikirlərimiz, düşüncələrimiz, xəyallarımız əslində bu günümüzə təsir göstərir, bizi hansısa yeniliklərlə bağlı məlumatlı olmağa təşviq edir. Gələcəyimizi formalaşdıracaq Dördüncü Sənaye İnqilabı adlanan dövr artıq qapımızın ağzındadır. Qarşıda bəşəriyyəti süni zəka, robotlar, nanotexnologiya və digər möhtəşəm innovasiyalar gözləyir.
Təsadüfi deyil ki, bu ilin yanvar ayında prezident İlham Əliyevin fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb. Tarixin keşməkeşli yollarından keçən Azərbaycan da bu inqilabi dövrdən kənarda qalmamalıdır. Vətən müharibəsində qazandığımız qələbə artıq bizi keçmişə bağlı qalmağa deyil, gələcəyi düşünməyə vadar edir.

Bunları nəzərə alaraq, Azərbaycanda Dördüncü Sənaye İnqilabının həyatımıza gətirəcəyi yeniliklər, eləcə də müdafiə sənayesinin müxtəlif sahələri barədə araşdırmalar aparacaq yeni mərkəz yaradılıb.

Strategyvision.org Azərbaycan fəaliyyət göstərən Süni Zəka, insansız sistemlər, qlobal müdafiə sənayesi bazarı, yeni nəsil müharibələri və digər mövzularda araşdırmalar aparan müstəqil araşdırma mərkəzidir. Mərkəz oxuculara dünyada yeni hərbi texnologiyalarla bağlı ən son məlumatları çatdırır, onları təhlil edir və perspektivdə onların ölkədə tətbiqilə maraqlanır. Mərkəz qeyd olunan mövzularda araşdırmalar aparan mütəxəssislər və qurumlarla əməkdaşlıq etməyə hazırdır.

Teqlər:






Xəbər lenti