Dünyanın ən qəddar 20 diktatoru - DOSYE

Dünyanın ən qəddar 20 diktatoru - DOSYE
  12 Mart 2014    Oxunub:20674
...Bokassa müxalifət liderlərini öldürtdürüb, sonra da kürədə qızartdırıb, üstünə limon sıxaraq, yeyirdi. Amma həm də özünü İsa Peyğəmbərin 13-cü həvarisi sayırdı. Ənvər Xoca isə Albaniyanı dünyada ilk ateist ölkə elan etmişdi.

Çauşesku sevimli itini Rumıniya ordusunun polkovniki etmişdi. İdi Amin və Səddam Hüseyn insanlara əzab verəndə onları izləməyi çox sevirdilər. Diktatorların bu cür qəribə xasiyyətləri çoxdur.

1. İosif Stalin – `Xalqların atası` SSRİ-ni 1922-1953 cü illərdə idarə edib. Onun iqtidarı dövründə insanlara qarşı davamlı repressiyalar aparılıb. Nəticədə günahsız yerə 50 milyondan çox insan ya güllələnib, ya da həbsxanalarda aclıqdan dünyasını dəyişib.
Ukrayna xalqını özünə tabe etdirə bilmyən Stalin onların bütün taxıl ehtiyatını müsadirə etdirib. Nəticədə “Qolodomor” adı verilən faciə yaşanıb. Ukraynada çoxları bu faciənin soyqırımı kimi tanınmasını istəyirlər.

2. Pol Pot – Kambocada “qırmızı kxmerlər”in lideri olub. Əhalinin əksəriyyətini ağır işlər görməyə məcbur edib. Xüsusən də sakinlər düyü zəmilərində aylarla, hətta illərlə istirahətsiz işləməyə məcbur ediliblər. Dörd il ərzində 1,7 milyon insan düyü zəmlərində ölüb.

3. Mao Çzedun – Çində kommunizimin yaradıcısı hesab olunur. Onun özünəməxsus ideologiyası olan “Böyük sıçrayış” siyasəti nəticəsində 1976-ci illərdə ölkədə 6,5 milyona yaxın insan həyatını itirib. Bu ideologiya sonrakı dövrlərdə hökümət tərəfindən qəbuledilməz sayılıb.

4. Kim İr Sen – Şimali Koreyanın yaradıcısıdır. Totalitar cəmiyyəti yaratmaq ölkənin 2 miliyon insanın həyatı bahasına başa gəlib.

5. Tan Şve – Birmada hərbi rejimin lideri olub. 16 yaşından hakimiyyətə gəlib. Ona qarşı çıxan qəbilələrə qarşı vuruşub, azyaşl uşaqları hərbiyə çağırıb, buna qarşı çıxan valideylərə isə amansız işgəncələr verib. Onun hakimiyyəti zamanı 500 mindən çox insan evindən didərgin düşüb. Yüz minlərlə ailə məhv edilib.

6. Suxarto - 32 il ərzində İndoneziyanı sərt formada idarə edib. Azsaylı xalqların məhv edilməsi üçün xüsusi tapşırıq verib. 1998-ci ilə qədər hakimiyyətdə olduğu dövrdə 1 milyondan çox insan həyatını itirb. Təkcə Şimali Timoru ələ keçirərkən 100 mindən artıq insan güllələnib.

7. Səddam Hüseyn - Bütün dünyanın qarşsında edam edilən diktator 1979-2003-cü illər ərzində İraqın lideri olub. Şiələrə və kürdlərə qarşı qırğınlar həyata keçirilib. Bu zaman kimyəvi silahdan da istifadə edib.

8. Menqistu Hayle Mariam – Efiopiyada hərbi çevriliş edib. 1977-1987 ci illərdə hakimiyyətdə olduğu zaman “qırmızı terror” həyata keçirib. Terror zamanı yarım milyon insan həyatını itirib.

9. Ömər əl-Bəşir – Sudanın prezidenti olub. Darfurda 300 mindən artıq insanın kütləvi qətlində günahkar bilinir.

10. Fransisko Franko – 1936-1975-ci llərdə faşist İspaniyasının diktatoru olub. Siyasi həmkarları haqqında müsbət rəy eşidən kimi onları xalq düşmanı elan edərək, edam əmri verirmiş. Bundan əlavə, digər partiyanın fəal üzvlərinin qətlinə sifariş verib. Onun hakimiyyəti illərində 55 mindən çox respublikaçı qətlə yetirilib.

11. Ənvər Hoca – Albaniyanı 1944-cü ildən 1985-ci ilə qədər gizli polisin yardımı ilə tək idarə edib. Ölkəni dünyada ilk ateist dövlət elan edən Ənvər Hoca minlərlə imamın və rahiblərin qətlinə fərman verib. Dini yayanları isə xüsusi qəddarlıqla öldürürmüş.

12. İosif Broz Tito – Yuqoslaviyada kommunizmin yaradıcı hesab edilir. 1945-1980-ci illərdə ölkənin rəhbəri olub. İkinci dünya müharibəsindən sonra 100 mindən çox xorvatı sürgün edib. Rəsmi olmayan rəqəmlərə görə, onlardan yalnız 20 faizi həyatda sağ qalıb.

13. Mobutu Sese Seko – Zair respublikasının diktatoru olub. 32 illik hakimiyyəti dövründə dövlət büdcəsindən 5 milyard dolları mənimsəyərək, İsveçdəki bank hesabına köçürüb. İnsanların qanı hesabına topladığı vəsaiti xərcləmək ona nəsib olmayıb. 1997-ci ildə ona qarşı vuruşan nümayişçilər tərəfindən qətlə yetirilib. Lakin onun iqtidarı 100 mindən çox insanın ölümünə bais olub.

14. Jan-Bedel Bokassa - Mərkəzi Afrikanın diktatoru olub. 1966-1979-cu illərdə hakimiyyətdə olan Bokassa özünü imperator və 13-cü apostol elan edib. O, daha çox insan ətinə olan marağ ilə tarixə düşüb. Xarici ölkələrə səfəri zamanı soyducusunda insan əti saxlayırmış.
Kannibal lider 1000-ə yaxın insan yeyib. Bokassa 20-ci əsrdə yeganə prezidentdir ki, bütün müxalifət liderlərini yeyib. Prezidentin, sonra isə imperatorun sifarişi ilə baş aşpaz onları ya öz suyunda bişirər, ya da böyük kürədə qızardıb süfrəyə verərdi. Yeməyə xüsusi ətir vermək üçün ona limon da əlavə edilərdi.

15. İdi Amin - Uqandada 8 il hakimiyyətdə olduğu dövrdə 1 milyondan çox insanın qətlinə günahkar bilnir. O, siyasi rəqiblərinin hamısını qətlə yetirib.

16. Pobert Muqabe – Zimbabvenin diktatoru. 1980 –ci ildən başlayaraq ölkəni idarə edib. Onun hakimiyyəti illərində insanlar aclıqdan əziyyət çəkib, ölkədə vəba xəstəliyi geniş yayılıb. Müxalifətə qarşı amansız olub. Onun amansız davranşları 500 mindən çox insanın həyatına son qoyub.

17. Xorxe Videla – 1976 ci ildə Argentinada dövlət çevrilişi nəticəsidə hakimiyyətə gəlib. 15 il ərzində müxalifətçiləri ailəsi ilə birlikdə gizli düşərgələrə göndərirmiş. Hakimiyyəti dövründə 30 mindən çox itgin düşüb.

18. Auqusto Pinoçet – 1973-ci ildə hakimiyyət çevrilişi edərək Çili dövlətinin başına keçib. 17 il müxalifəti təqib edib. Həmin illərdə 20 mindən çox insan qətlə yetirilib. Minlərlə insan xüsusi təhlükəsizlik xidmətinin zirzəmilərində işgəncə verilib.

19. Nikolae Çauşesku – 34 il Rumıniyada hakimiyyəti dövründə kütləvi insanın ölümünə səbəb olub. Çauşeskunun Korbu adlı sevimli iti vardı. İtə onu Buxarestdə gəzdirən xüsusi limuzin ayrılmışdı, o, Çauşeskunun çoxsaylı villalarının birində dəbdəbəli otaqda yatırdı. Sevimli itin xidmətində hətta telefon da var idi. Hər gün Londondan it biskvitləri alıb Buxarestə göndərmək isə Rumıniyanın Böyük Britaniyadakı səfirinin xidməti vəzifəsinə daxil idi.
Devrilməzdən bir müddət əvvəl Çauşesku sevimli itinə Rumıniya ordusunun polkovniki rütbəsi vermişdi.

Həmin vaxt isə ölkə iqtisadiyyatı uçuruma doğru gedir, bir vaxtlar Avropanın “çörək səbəti” olan Rumıniyada ildə on beş min adam acından ölürdü. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldırdı. Transilvaniyada bu, daha güclü oldu. Çauşesku dövrü rüsvayçı şəkildə sona çatdı. Diktator xanımı ilə birgə qaçmaq istəsə də, Tırqovişte şəhərində həbs edildilər. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolay və Yelena Çauşeskular soyqırım ittihamıyla ölüm hökmünə məhkum olunurlar. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm həyata keçirilir. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edilir.

20. Fidel Kastro – Kubanın xarizmatik lideri, öz tərəfdarları arasında xüsusi çəkiyə malik olan Fidel Kastro müxalifətə qarşı amansız olub. Yarım əsr hakimiyyəti dövründə dəqiq statistika olmasa da, 10 minlərlə insanın ölümünə səbəb olub.

Nihat Nazim
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti