Əsir əsgərimizə baş çəkilib

Əsir əsgərimizə baş çəkilib
  29 Mart 2013    Oxunub:1481
BQXK əsirə ailəsindən məlumatlar çatdırıb, ondan isə ailəyə məlumat verib
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun erməni əsirliyində olan əsgərinə baş çəkiblər.

Bu barədə ANS PRESS-ə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. Onun sözlərinə görə, başçəkmə martın 27-də olub. Əsirə ailəsindən məlumatlar çatdırılıb. Ondan isə ailəyə məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.


Teqlər:





Xəbər lenti