Ali məktəblərlə bağlı anonim sorğu keçirilir

Ali məktəblərlə bağlı anonim sorğu keçirilir
  18 May 2021    Oxunub:2823
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsil müəssisələrinin rəhbərlik və kollektivini anonim sorğuda iştirak etməyə dəvət edib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sorğunun keçirilməsində məqsəd müvafiq müəssisələrin daxili keyfiyyət təminatı sisteminin mövcud vəziyyətini təhlil etmək, təlim ehtiyac və istəklərini müəyyən etmək, Agentliyin təlim və metodiki dəstək xidmətlərinə dair təklifləri ilə tanış olmaqdan ibarətdir.

Qeyd edək ki, TKTA-nın nizamnaməsinə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir.

Sorğuda iştirak etmək üçün keçiddən istifadə etmək mümkündür.

Azvision.az



Teqlər: Sorğu  





Xəbər lenti