Birinci sinfə qəbulla bağlı Çağrı Mərkəzi yaradılıb

Birinci sinfə qəbulla bağlı Çağrı Mərkəzi yaradılıb
  29 Aprel 2021    Oxunub:3896
Birinci sinfə şagird qəbulu ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində Çağrı Mərkəzi yaradılıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məqsəd 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair vətəndaşların müraciətlərinin çevik cavablandırılmasını təmin etməkdir.

Qeyd edilən məsələ ilə bağlı sualı və yaxud çətinliyi olan vətəndaşlar həftəiçi 5 gün “146-0” nömrəsini yığmaqla Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbulu prosesinə start verilib. Proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti