“94 min şagird artıq birinci sinfə yerləşdirilib” - Nazir

 “94 min şagird artıq birinci sinfə yerləşdirilib” -   Nazir
  28 Aprel 2021    Oxunub:4571
Bu gün birinci siniflərə qəbul prosesinə start verilib.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev məlumat paylaşıb.

Nazir bildirib ki, prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir:

"Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib. Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz: https://baku.edu.gov.az/az/page/9/5548 ".

Azvision.az


Teqlər: Təhsil   Dərs  





Xəbər lenti