Nazir PKK-nı hədələdi

Nazir PKK-nı hədələdi
  28 Mart 2013    Oxunub:1443
PKK bundan sonra da terrora və pozuculuq fəaliyyətinə başlayarsa, qarşısında ordunu deyil, 75 milyonluq bir xalqı görəcək.
Belə bir açıqlama ilə Türkiyənin Ədliyyə naziri Sadullah Ərgin çıxış edib. “Terroçuların bu yay ərzində Türkiyəni tərk etyməlidirlə”r deyən nazir PKK-çıların 3-cü dövlətə verilib-verilməməsinin indiki mərhələdə aktual olmadığını bildirib. Bununla yanaşı o gələcəkdə əli qana batmayan bir sıra təşkilat üzvlərinin əfv ölunacağını istisna etməyib.

Lakin PKK lideri Abdullah Öcalan barədə fikirlərini bölüşən türk nazir belə bir əfvin ona şamil olmadığını birmənalı şəkildə ifadə edib. Ərgin Öcalanın terror təşkilatı qurmaq və dinc insanları öldürmək maddələri ilə həbs edildiyini xatırladıb.

Sonda nazir müxalifətin prossesə yanaşma tərzini tənqid edib. O bildirib ki, müxalifət ölkənin tale yüklü məsələsinin həllində onların yanında olmaq əvəzinə müxtəlif bəhanələrlə ortaya mövqe qoymaqdan yayınır.


Teqlər:





Xəbər lenti