“Təkcə müəllimlər deyil, polislər də risklə üz-üzədir” - Nazir

 “Təkcə müəllimlər deyil, polislər də risklə üz-üzədir” -  Nazir
  03 Aprel 2021    Oxunub:3220
"Digər bölgələrin məktəblərində gündəlik yoluxma 3-5, bəzi vaxtlarda isə 10-12 hal idi. Həmin yoluxmalar lokal xarakterli olduğu üçün kütləvi bağlanmalara getmək məqsədə uyğun olmadı. Həmin şəhər və rayonlarda şagirdlərin ənənəvi qaydada məktəbə getməsi onların öyrənməsi baxımından vacibdir".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən tədrisin təşkilinə dair verilmiş qərarla əlaqədar ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, digər bölgələrdə məktəblərin açıq olması bəzi müəllimlər üçün risk yaradır.

“Lakin şagirdlərin öyrənməsini təmin etmək baxımından onların üzərinə məsuliyyət düşür. Təkcə müəllimlər deyil, polislər, marketlərdə işləyənlər də bu risklə üz-üzədir. Bu mənada birinci məsələ gigiyenik qaydalara əməl edərək böyük risk olmayan bölgələrdə ənənəvi qaydada tədrisə davam etməkdir. Statistika izlənilir, ayrı-ayrı məktəblərdə və yerlədə yoluxma riski yarandıqda, bu məktəblərin distant təhsilə keçməsi qərarı veriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir  





Xəbər lenti