Güləşçilərimiz Macarıstanda 4 medal qazanıb

Güləşçilərimiz Macarıstanda 4 medal qazanıb
  20 Mart 2021    Oxunub:3342
Sərbəst güləşçilərimiz Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya təsnifat turnirində 4 medal qazanıblar.
Azvision.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləşçilərimiz final və üçüncü yer uğrunda görüşlərə çıxıblar.

Turnirdə 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finalda ermənistanlı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib. Finala adlayan digər güləşçimiz Hacımurad Hacıyev (74 kq) zədə səbəbindən tatamiyə çıxmaqdan imtina edib və yarışı ikinci pillədə başa vurub.

Digər güləşçilərimiz İslam Bazarqanov (57 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) isə bürünc medala sahib olublar.

Beləliklə, Avropa Olimpiya təsnifat turnirində sərbəst güləşçilər Olimpiadaya 2 lisenziya qazanıblar. Bununla da güləşin bu növündə lisenziyalarımızın sayı 3-ə çatıb. 2019-cu ildə keçirilən dünya çempionatında Şərif Şərifov gümüş medal qazanaraq 97 kiloqram çəki dərəcəsində Olimpiya Oyunlarına vəsiqə əldə edib.

Azvision.az


Teqlər: Güləş   Medal  





Xəbər lenti