Sabah həkimlərin imtahanıdır

Sabah həkimlərin imtahanıdır
  27 Mart 2013    Oxunub:1517
Sabah Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçiriləcək.
İmtahan nazirliyin Sertifikasiya Komissiyasında təşkil olunacaq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin verdiyi məlumata görə, qəbul imtahanında iştirak etmək üçün sənəd qəbulu martın 19-da başa çatıb.

Sabah Bakıda keçiriləcək olan ilk imtahan iki mərhələdə aparılacaq: “Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər. Bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. İmtahanın nəticəsi qısa müddət ərzində açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar”.

Qeyd edək ki, müraciət edənlərin sayı çox olduğundan ilk imtahandan sonra ikinci imtahanın da keçirilməsi nəzərdə tutulur:“Zamanla yeni vakansiyalar yarandıqca isə hər bir aydan bir imtahanların keçirilməsi planlaşdırılır. İlkin mərhələdə həkimlərin işə qəbulu üçün 2000-dən çox vakant yer ayrılıb”.



Teqlər:





Xəbər lenti