Ukraynadan alınan 20 ton soğan yararsız çıxdı

Ukraynadan alınan 20 ton soğan yararsız çıxdı
  22 Fevral 2021    Oxunub:1799
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukraynada “Alikend” özəl müəssisəsi tərəfindən istehsal olunan və "İmport trade az" MMC tərəfindən ölkəmizə idxal edilən 20,51 ton soğan məhsulu partiyasına baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti