İaşə müəssisələrində 592 nöqsan aşkarlanıb

İaşə müəssisələrində 592 nöqsan aşkarlanıb
  19 Fevral 2021    Oxunub:1982
Bu ilin 01-18 fevral tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində 12476 monitorinq həyata keçirilib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, monitorinqlər zamanı 592 nöqsan aşkar edilib. Ən çox aşkar olunmuş nöqsanlar bunlardır:

- İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 491 (83 %);

- Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 71 (12%);

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən 11499 ictimai iaşə müəssisəsində 45254 monitorinq həyata keçirilib və 2699 nöqsan aşkar edilib.


Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti