Azərbaycan neftinin qiyməti 65 dollara çatır

 Azərbaycan neftinin qiyməti 65 dollara çatır
  19 Fevral 2021    Oxunub:2133
Azərbaycan neftinin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 64,78 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Azvision.az


Teqlər: Neft  





Xəbər lenti