İstehlak bazarında monitorinqlər genişləndirilib
M.Abbasbəyli qeyd edib ki, müraciətlərin 528-i mobil telefonlarla, 523-ü məişət texnikası ilə, 336-sı geyim əşyaları, 321-i məişət əşyaları ilə bağlı olub:
“Həmçinin 38 obyektdə dərman vasitələrinin satış qiymətinə dövlət nəzarəti həyata keçirilib. Pandemiya dövründə monitorinqlərin intensivliyi və əhatə dairəsi genişləndirilib. Koronavirusun müalicəsində istifadə olunan dərmanların, tibbi maska və spirtin mövcudluğu, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına riayət edilməsi, əsas istehlak mallarının qiymətləri, həmçinin qalınlığı 15 mikronadək olan polietilen torbalara tətbiq olunan qadağaya nəzarət həyata keçirilib”.
Aytən Zəhra
Azvision.az
Teqlər: