İraqdan gətirilən xurmada kif göbələyi aşkarlandı

İraqdan gətirilən xurmada kif göbələyi aşkarlandı
  17 Fevral 2021    Oxunub:2257
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri "AGRO ALLIANCE" MMC tərəfindən İraq Respublikasından ölkəmizə idxal edilən 23.50 ton quru xurma məhsuluna baxış keçirib.

24 aptekin personalı işdən çıxarıldı
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində quru xurma məhsulunda kif göbələyi aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Azvision.az


Teqlər: AQTA   Xurma  





Xəbər lenti