Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı
  11 Fevral 2013    Oxunub:2125
Qədul fevralın 21-dək davam edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbuluna başlayır. Sənəd qəbulu 10 gün- fevralın 21-dək davam edəcək.

Magistr olmaq istəyən balakavrlar “Bakalavrın elekron ərizə” formasını doldurmalı, şənbə və bazar günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək ərizələrini təsdiq etdirməlidirlər. Bu ilki məzunlar ərizə formasını bitirdikləri ali məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK), əvvəlki illərinin məzunları, SQK-lar fəaliyyət göstərməyən ali məktəblərin məzunları isə formanı ali təhsil müəssisələrində yaradılmış SQK-ların istənilən birində təsdiq etdirə bilərlər. Qəbul imtahanının birinci mərhələsi isə martın 3-də olacaq.

Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavarların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dil bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK-nin minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.


Teqlər:





Xəbər lenti