Qarabağda tapılan erməni cəsədlərinin sayı 1345-ə çatdı

Qarabağda tapılan erməni cəsədlərinin sayı 1345-ə çatdı
  31 Yanvar 2021    Oxunub:3022
İkinci Qarabağ müharibəsində məhv edilmiş daha bir erməni hərbçisinin meyiti tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kimliyi bilinməyən cəsəd Zəngəzur bölgəsində aşkar edilib.

Onun şəxsiyyətini müəyyən etmək üçün məhkəmə tibbi ekspertizası təyin olunub.

Ümumilikdə isə ötən ilin noyabr ayından indiyədək 1345 erməni hərbçisinin cəsədi döyüş bölgəsindən götürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qarabağ   Müharibə   Erməni   Meyit  





Xəbər lenti