Son sutkada yarım milyondan çox insan COVID-19-a yoluxdu

Son sutkada yarım milyondan çox insan COVID-19-a yoluxdu
  31 Yanvar 2021    Oxunub:2972
Son sutka ərzində dünyada koronavirus infeksiyasına yoluxanların sayı 500 mindən çox artıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında qeyd olunub.

Məlumata əsasən, ötən sutka ərzində 500 985 nəfər koronavirusa yoluxub, 13 915 pasiyent dünyasını dəyişib. Yoluxanların ümumi sayı 101 561 219, ölənlərin sayı isə 2 196 944 nəfərə çatıb.

Son sutka ərzində COVID-19-a yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür (287 min 160) . Sonrakı yerlərdə isə Avropa (133 min 22) və Cənub-Şərqi Asiya (29 min 768) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti