ABŞ-da virusa yoluxanların sayı 26 milyonu ötdü

ABŞ-da virusa yoluxanların sayı 26 milyonu ötdü
  31 Yanvar 2021    Oxunub:2312
ABŞ-da koronavirus infeksiyasına yoluxanların sayı 26 milyonu keçib.
Azvision.az xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetdən bildirilib ki, ölkədə virusa yoluxma hallarının ümumi sayı 26 012 880 nəfərə çatıb. ABŞ-da indiyədək 438 239 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti