Türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım edib

  28 Yanvar 2021    Oxunub : 1970
Türkiyəli psixoterapevtlər 100-ə yaxın şəhid və qazi ailəsinə yardım edib
Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji poblemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvar ayının 22-dən etibarən FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən muharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü, erməni terrorundan zərər görmüş insana psixoterapevtik yardım göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Azvision.az

Teqlər: FHN   Psixoloq