Ağdaşda karantini pozanlar cərimələndi

  28 Yanvar 2021    Oxunub : 1973
Ağdaşda karantini pozanlar cərimələndi
Ağdaş rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ləki qəsəbəsində icarədar Cavid Məcnunovun qanunsuz olaraq çayxana işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 20 müştərinin də xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. C.Məcnunov və müştərilər Polis Şöbəsinə gətirilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onlar cərimələniblər.

Azvision.az

Teqlər: Ağdaş   Çayxana