Ötən il icbari sığorta bazarı cüzi artıb

Ötən il icbari sığorta bazarı cüzi artıb
  27 Yanvar 2021    Oxunub:1047
2020-ci il ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 225 865,4 min manat həcmində sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankından (AMB) Azvision.az -a verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 86 411,9 min manat ödəniş həyata keçirilib.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 0,6%, ödənişlər isə 7,2% artıb.

Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 12,1% artaraq 53 949,7 min manat, ödənişlər isə 17,5% azalaraq 2 558,8 min manat təşkil edib.

Qeyri-həyat sığortası növləri üzrə isə ötən il 171 915,6 min manat sığorta haqqı yığılıb, 83 853,1 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6% azalma və 8,2% artım deməkdir.

Azvision.az



Teqlər: Sığorta  





Xəbər lenti