BTC ilə 27,4 milyon ton neft daşınıb

BTC ilə 27,4 milyon ton neft daşınıb
  20 Yanvar 2021    Oxunub:2174
Keçən il Azərbaycandakı magistral neft kəmərləri ilə 34 milyon 720 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, nəqletmənin 79,1 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və il ərzində bu kəmərlə 27 milyon 480,5 min ton neft nəql edilib.

Ötən il BTC ilə 3 milyon 886,3 min ton tranzit nefti də ötürülüb.

Azvision.az


Teqlər: BTC   Neft  





Xəbər lenti