“Kapital Bank”ın xalis mənfəəti artıb
Bu il yanvarın 1-nə “Kapital Bank”ın aktivləri 5 227,472 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,2 % çoxdur. Bunun 1 901,168 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 26,6 % böyüyüb.
Hesabat dövründə “Kapital Bank”ın öhdəlikləri 23,5 % artaraq 4 593,277 milyon manata, o cümlədən depozit portfeli 17,6 % artaraq 3 805,619 milyon manata, balans kapitalı 49,2 % artaraq 634,195 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 8,9 % artaraq 245,85 milyon manata çatıb.
Azvision.az
Teqlər: Kapital-Bank