Nazir müavinindən pensiya artımı ilə bağlı açıqlama

Nazir müavinindən pensiya artımı ilə bağlı açıqlama
  18 Yanvar 2021    Oxunub:1699
Sosial infrastruktur baxımından planlar qurulanda Şuşa və digər işğaldan azad edilmiş ərazilər nəzərə alınacaq.
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair müvafiq göstəricilərin təqdimatı əsnasında mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti ildə mənzil və avtomobil təminatı davam edəcək.

“İl ərzində müvafiq sahələrdə sosial maliyyə dəstəklərinin artırılmasını müşahidə edəcəyik. Yanvar ayında pensiyaların artırılması ilə bağlı rəqəmlər dəqiqləşdirildikdən sonra deyiləcək. Özünəməşğulluq proqramında 33 faizlik artım nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Nazir-müavini  





Xəbər lenti