Bir ildə 77 min ailə ünvanlı sosial yardım alıb

  18 Yanvar 2021    Oxunub : 980
Bir ildə 77 min ailə ünvanlı sosial yardım alıb
2020-ci ildə 77 min ailə ünvanlı sosial yardım alıb. Bu, 322 min nəfər deməkdir. Ötən il adam başına düşən ünvanlı sosial yardımın məbləği 240 manat təşkil edib.
Azvision.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov 2020-ci ildə sosial sahədə aparılmış işlər və nəticələrinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən ilin əvvəlində pensiya 16 faiz artırılaraq 300 manata çatdırılıb, yaşa görə pensiya 330 manat olub.

“Ötən il pensiya alanlar 1 milyon 250 min, Prezident təqaüdü alanlar 300 min, sosial müavinət alanlar 500 min nəfər, ünvanlı sosial yardım alanlar 77 min ailə (322 min nəfəri) olub. Pensiya təminatı üçün 4,5 milyard manat, müavinət və təqaüd üçün 1 milyard 50 milyon, ünvanlı sosial yardım üçün 216 milyon manat, ümumilikdə 5 milyard 743 milyon manat ayrılıb”.

Aytən Zəhra
Azvision.az

Teqlər: ƏƏSMN   Nazir-müavini   Anar-Kərimov