Gələn həftə məktəblərlə bağlı qərar veriləcək

Gələn həftə məktəblərlə bağlı qərar veriləcək
  16 Yanvar 2021    Oxunub:4245
Məktəblərin açılması ilə bağlı növbəti həftə məlumat veriləcək.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, məktəblərlə bağlı müəyyən açılmalara gediləcək: “Bununla bağlı gələn həftə Təhsil Nazirliyi tərəfindən ətraflı məlumat ictimaiyyətə veriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Təhsil  





Xəbər lenti