Naxçıvanın ÜDM-i 1,1 faiz artıb

Naxçıvanın ÜDM-i 1,1 faiz artıb
  14 Yanvar 2021    Oxunub:1604
2020-ci ildə Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2019-cu ilə nisbətən (müqayisəli qiymətlər üzrə) 1,1% artaraq 2 907 810,5 min manat təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, ötən il Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2019-cu il ilə müqayisədə 1,8% artaraq 6 310,4 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur.

Belə ki, 2020-ci ildə sənaye üzrə 1 040 475,9 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin göstəricini (müqayisəli qiymətlər üzrə) 1,4% üstələyir.

Azvision.az


Teqlər: Naxçıvan   ÜDM  





Xəbər lenti