İrandan quşçuluq məhsullarının idxalı dayandırıldı

 İrandan quşçuluq məhsullarının idxalı dayandırıldı
  13 Yanvar 2021    Oxunub:3091
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İran İslam Respublikasının Cənubi Xorasan (South Khorasan) əyalətinin ərazisində yüksək patogenli "quş qripi" xəstəliyi qeydə alınıb.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İran İslam Respublikasının Cənubi Xorasan əyalətindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İran İslam Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azvision.az


Teqlər: AQTA   İran  





Xəbər lenti