Agentlik rəhbəri: Yataqlar hərraca çıxarılacaq

 Agentlik rəhbəri:  Yataqlar hərraca çıxarılacaq
  12 Yanvar 2021    Oxunub:2479
İstismara hazır olan yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı müvafiq yer təki sahələrini seçib. O bildirib ki, bu il üçün yer təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq.

"Yekunda geniş məlumat ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda nazirliyin rəsmi saytında hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti