Hərracda tələb 142,2 milyon dollar olub

Hərracda tələb 142,2 milyon dollar olub
  12 Yanvar 2021    Oxunub:1108
Yanvarın 12-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
AMB-dən Azvision.az -a bildirilib ki, hərracda tələb 142,2 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az



Teqlər: Dollar   Manat  





Xəbər lenti