Dənizçilərdən “YAŞAT” Fonduna dəstək

Dənizçilərdən “YAŞAT” Fonduna dəstək
  09 Yanvar 2021    Oxunub:2454
Daim sosial həmrəylik nümayiş etdirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları işğal altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna əmək haqlarından könüllü olaraq vəsait köçürüblər.
ASCO-dan Azvision.az -a verilən məlumata görə, ümumilikdə “YAŞAT” Fonduna 548 min 187 manat məbləğində ianə edilib.

"ASCO kollektivi olaraq Vətən müharibəsində şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına başsağlığı verir, döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyirik. Vətən torpağı uğrunda tərəddüd etmədən canından keçən şəhidlərimizi daim hörmətlə anmaq, onlardan bizə yadigar qalan ailələrin, müharibə zamanı yaralanan qazilərimizin sosial müdafiəsi və övladlarının firavan gələcəyini təmin etməyi missiyamız hesab edirik"-deyə məlumatda bildirilir.

Azvision.az



Teqlər: ASCO   İanə   YAŞAT  





Xəbər lenti