Kənd təsərrüfatına ayrılacaq vəsaitin həcmi açıqlandı

   Kənd təsərrüfatına ayrılacaq vəsaitin həcmi açıqlandı
  07 Yanvar 2021    Oxunub:1229
Kənd təsərrüfatı sahəsində proqramlara vəsaitin ayrılması davam etdirilir. Bu məqsədlə cari ilin büdcəsində də 460 milyon manatdan çox vəsaitin ayrılması həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.

Nazir bildirib ki, bu vəsait hesabına həm fermerlərə müəyyən subsidiyaların verilməsi, o cümlədən ərzaq, əkin sahəsi üzrə və son zamanlar digər yeni subsidiyalaşdırma mexanizmlərinin maliyyələşdirilməsi üçün vəsait ayrılması nəzərdə tutulub.

Azvision.az


Teqlər: Kənd-təsərrüfatı   Vəsait  





Xəbər lenti