İqtisadi ümid indeksi: Azərbaycan yüksək nəticə göstərdi

      İqtisadi ümid indeksi:    Azərbaycan yüksək nəticə göstərdi
  06 Yanvar 2021    Oxunub:1617
Azərbaycan 2021-ci il üçün iqtisadi ümid indeksinə görə ən yüksək nəticə göstərən ölkələrdən biri olub.
Azvision.az xəbər verir ki, bu barədə “Gallup International” agentliyinin keçirdiyi rəy sorğusunda deyilir.

Sorğuya əsasən, dünya əhalisinin 25 faizini 2021-ci ildə iqtisadi çiçəklənmə gözləyir, 46 faizi isə problemlərə hazırlaşır.

Ölkələr sırasında iqtisadi ümidin ən yüksək indeksi Nigeriyada (58 faiz), Azərbaycan (47 faiz) və Vyetnamda (45 faiz) qeydə alınıb.

İqtisadi ümidsizlik baxımından liderlər sırasında Böyük Britaniya, Bolqarıstan və İtaliya yer alıb.

Azvision.az


Teqlər: Azərbaycan   Sorğu  





Xəbər lenti