“2021-ci il iqtisadi artım ili kimi yadda qalacaq” - Vüqar Bayramov
“Qeyri-leqal iqtisadiyyatın leqallaşdırılması, o cümlədən struktur islahatlar davam etdirildi. İri müəssisələrin idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı islahatlar müşahidə olundu. Bu da növbəti illərdə iqtisadi artım üçün baza formalaşdırdı”.
V.Bayramovun sözlərinə görə, 2021-ci ildə istər Azərbaycan höküməti, istər beynəlxalq maliyyə qurumları ölkədə iqtisadi artım olacağını proqnozlaşdırırlar.
“Dünya Bankı 1,9 faiz, bir sıra digər beynəxalq qurumlar təxminən 2 faiz, Azərbaycan höküməti isə 3 faizlik iqtisadi arıtmın olacağını proqnozlaşdırır. 2022-ci il üçün iqtisadi artım proqnozu daha yüksəkdir. Belə ki, beynəlxalq maliyyə qurumları 4,5 faizlik artımın olacağını proqnozlaşdırır. Güman olunur ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatı 5 faizə yaxın arta bilər. Bu da təbii ki, region üçün ən ciddi və ən böyük proqnoz olaraq xarakterizə edilir. Azərbaycan pandemiyanın təsiri ilə azalan iqtisafiyyatını yenidən iqtisaid artımla əvəz etməkdədir”.
Deputat hesab edir ki, 2021-ci il iqtisadi artım ili kimi yadda qalacaq: “Xüsusən qeyri-neft sektorunda yeni proqramlar və layihələr reallaşacaq. 2021-ci ildə qeyri-neft sektorunda, həm ÜDM, həm də sənayedə artım qeydə alınacağı gözlənilir. Praktik olaraq 2021-ci il və növbəti illərdə Azərbaycan iqtisadiyyatının inkişafında qeyri-neft sektoru əsas lokomotivlərdən biri kimi çıxış edəcək. Bu da təbii ki iqtisadiyyatın şaxələndirilməsi baxımından vacibdir. Azərbaycan 2021-ci ildə yenidən dayanaqlı və inklüziv iqtisadi artım mərhələsinə qədəm qoyur. Bu da 2021-ci və növbəti illər üçün həm məşğulluq, həm qeyri-neft sektorunun inkişafı, həm də ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından nikbin proqnozlar verməyə imkan yaradır”.
Aytən Zəhra
Azvision.az
Teqlər: İqtisadi-artım