Tarif dəyişikliyi aqrar sektora mənfi təsir etməyəcək

 Tarif dəyişikliyi aqrar sektora mənfi təsir etməyəcək
  06 Yanvar 2021    Oxunub:1686
Ölkədə dizel yanacağının qiymət artımının kənd təsərrüfatına və ictimai nəqliyyatda sərnişindaşıma xidmətlərinə mənfi təsirinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu Tarif Şurasının katibi Ceyhun Nəcəfov deyib.

O bildirib ki, sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə kompensasiya ödəniləcək. C.Nəcəfovun sözlərinə görə, kompensasiya mexanizminin hazırlanması üzrə işlərə başlanılıb.

Tarif Şurasının katibi, həmçinin qeyd edib ki, sahibkarlıq subyektlərinə kompensasiyanın ödənilməsi sosial həssas qrupların mənafeyinə xidmət edəcək. Nəticədə ictimai nəqliyyatda tarif dəyişikliyi baş verməyəcək.

Bundan əlavə, qiymət artımının kənd təsərrüfatı sahəsinə mənfi təsir edəcəyi gözlənilmir. Bu məqsədlə fermerlərə verilən subsidiyaların məbləğinə yenidən baxılacaq.

Azvision.az


Teqlər: Tarif-Şurası  





Xəbər lenti