Tarif Şurasının katibi yeni qərarı şərh etdi - VİDEO

Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədəmüvafiq hesab etməyib.
İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Tarif (qiymət) Şurasının katibi Ceyhun Nəcəfov yeni qərara aydınlıq gətirib. Onun qiymət artımı ilə bağlı açıqlamasını təqdim edirik:
Azvision.az
Teqlər: Tarif-Şurası