“Tuşenka Manvel” ölsə də, erməni əsgərlər yenə paysız qalıb

“Tuşenka Manvel” ölsə də, erməni əsgərlər yenə paysız qalıb
  27 Dekabr 2020    Oxunub:3822
Ermənistanda əsgər paylarının mənimsənilməsi və satılması ilə bağlı qalmaqal davam edir.
Azvision.az xəbər verir ki, bu barədə erməni jurnalist və bloqerlər açıq fakta söykənən məlumatlar paylaşırlar.

Tanınmış erməni bloqerlər ““Tuşenka Manvel” öldü, amma onun ermənilər arasındakı işi yaşamağa və çiçəklənməyə davam edir",- deyə istehza ilə paylaşımlar edirlər.

Bildirilir ki, araşdırma tələb edən növbəti fakta Krasnoyarskdakı mağazalardan birində rast gəlinib. Orada "Klassik basdırma" adlı əsgər yeməyi satışa çıxarılıb. İstehsalçı "Bayazet" şirkəti göstərilir. Qablaşdırmanın üzərində "Əsgərin qida rasionu" və "satış üçün deyil" sözləri yer alıb.

"Bunu necə başa düşmək olar? Bir ünvana göndərilir və başqaları tərəfindən qəbul edilir?",- deyə "Sputnik Ermənistan" yazıb.

Ancaq burada təəccüblü bir şey yoxdur - həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də indi Ermənistan ordusundakı korrupsiya sxemi ləğv edilməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   korrupsiya  





Xəbər lenti