Klip çəkilişində silahlı insident: 1 ölü, 5 yaralı

Klip çəkilişində silahlı insident:  1 ölü, 5 yaralı
  27 Dekabr 2020    Oxunub:1685
ABŞ-ın Massaçusets ştatının Linn şəhərində klip çəkilişi zamanı atışma baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Fox TV polisə istinadla məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, iki yaralının vəziyyəti ağırdır. Hadisənin təfərrüatları araşdırılır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   atışma  





Xəbər lenti