Amerikalı senatorlar türk qatilini tənqid etdi
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bəyanatda deyilir: 41 il əvvəl Los-Ancelesdə iki türk diplomatının qətli ilə əlaqədar münaqişə “(etnik) nifrət zəminində cinayət” hadisələrindən biri olmuşdur. Qanunvericilər bu terror aktını “mənfur cinayət” adlandırmış və qətlə yetirilmiş türk diplomatlarının xatirəsini yad etdiklərinə görə azərbaycanlı və türk icmalarının üzvlərinə minnətdarlıqlarını bildirmişlər. Onlar ümidvar olduqlarını bildirmişlər ki, gələcəkdə terror aktlarının qarşısının alınması məqsədi ilə sülh, tolerantlıq və əmin-amanlıq bərqərar ediləcək.
Xatırladırıq ki, Qurgen Yanikyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olub. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.
Yanikyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qurgen Yanikyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Məhməd Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanikyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanikyan öz cinayəti barədə bunları deyib:
"Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"
Həmin il məhkəmənin gərarı ilə Yanikyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq qatil Yanikyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir. O, Ermənistanda ən çox mədh olunan dırnaqarası qəhrəmanlardan biridir.