“Sevgililər günü bizə lazım deyil”- Deputatın iradı

“Sevgililər günü bizə lazım deyil”- Deputatın iradı
  12 Fevral 2014    Oxunub:1187
Milli Məclisin deputatı Fazil Mustafa 14 fevralın Azərbaycanda “Sevgililər günü” kimi qeyd edilməsinə qarşı çıxıb. AzVision.az-a açıqlamasında millət vəkili belə bir günün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etmədiyini qeyd edib.

“Mənə elə gəlir ki, Azərbaycanda sevgililər gününün qeyd olunmağına ehtiyac yoxdur. Avropada hansısa xalqın mentalitetinə, adətlərinə uyğundursa, bunu qeyd edə bilirlər”.

Deputat hesab edir ki, belə günlər süni şəkildə cəmiyyətin üzərinə köçürülür.

“Məzmununu, mənasını dərindən anlamadan sadəcə avropalı olaq deyə, görüntü olaq deyə belə bir günün qeyd olunması mənimçün heç bir məna ifadə etmir. Kimlərsə qeyd edirsə, bu da onların seçimidir
Ümumiyyətlə sevgililər günü və bu formada günləri ortaya atılması doğru deyil. Cəmiyyətə ümumiləşdirilmiş günlərin təqdim olunması ancaq o halda ola bilər ki, cəmiyyətin bütün təbəqələrin marağına uyğun hadisə olsun”-deyə F.Mustafa qeyd edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti