Sabah `Hər kağızı bir yarpağa dəyiş!` - AKSİYA

Sabah `Hər kağızı bir yarpağa dəyiş!` - AKSİYA
  12 Fevral 2014    Oxunub:1227
IDEA İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi davam edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində 13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçiriləcək.

Keçirilən aksiyada dövlət orqanlarının, qeyri-hökümət təşkilalarının və özəl müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız tullantılarının adı çəkilən mərkəzlərdə toplanılması baş tutacaq.

Qeyd edək ki, aksiyada sadə vətəndaşların iştirakı da nəzərdə tutulub. Beləliklə, “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə mütəmadi qaydada istifadə olunmuş kağız və kağız məhsulları təhvil vermək mümkün olacaq. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti