Rusiyalı zabit ermənilərin basdırdığı minaya düşərək ölüb

  Rusiyalı zabit ermənilərin basdırdığı minaya düşərək ölüb
  19 Dekabr 2020    Oxunub:1393
Rusiya sülhməramlılarının zabiti Dağlıq Qarabağda, Şuşa ətrafında minaların təmizlənməsi zamanı ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 17 dekabr tarixində Şuşa yaşayış məntəqəsi bölgəsində yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Beynəlxalq Minalar Əleyhinə Mərkəzin minalardan təmizləmə qrupunun bir zabiti ağır yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, ancaq hospitala aparılan zaman nəqliyyat vasitəsində həyatını itirib.

Azvision.az


Teqlər: Zabit   Mina   Şuşa   Qarabağ  





Xəbər lenti