`Aİ-92` maşına da ziyandır, təbiətə də` - EKSPERT

`Aİ-92` maşına da ziyandır, təbiətə də` - EKSPERT
  11 Fevral 2014    Oxunub:5588
Azərbaycan Dövlət Neft Şirkəti `Aİ-95` və `Aİ-98` benzinin istehsalını dayandırmaq və tam şəkildə `Aİ-92` benzinin istehsalına keçmək istəyir. Şirkətin prezidenti Rövnəq Abdullayev bununla bağlı hökumətə müraciət olunduğunu bildirib.

Hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bununla bağlı AzVision.az –a açıqlamasında bunun avtomobil sahiblərinin cibinə ziyan edəcəyini deyib:
- Benzinin oktan ədədinin mahiyyəti nədir? Odur ki, benzin avtomobilin daxiliyanma mühərrikində müəyyən sııxlmadan sonra yanır. Lazımı sxılmaya qədər dözməlidir. Oktan ədədi detonasiyaya, alışmaya davamlığı göstərir. Benzin yanma kamerasına çilənir, orada müəyyən dərəcədə sıxılır, ondan sonra yanır. Əgər oktan ədədi lazımı dərəcədə olmasa, yanma nəzərdə tutlan vaxtda yox, bir az tez baş verəck. Bunun da nəticəsində avtomobilin mühərrikində yanma tsikli və ya yanma dövrülülyü pozulacaq. Benzin sərfiyyatı artacaq, mühərrikin elktron idarəetmə sistemi, işlənmiş qazları xaricetmə sistemi, klapanların işi pozulacaq. Maşın hərəkət edir, sadəcə gücü az olur. Ola bilsin ki, 90% ehtimalla maşının xaric etdiyi qazların tərkibində zərərli maddələr normadan artıq olur. Çünki yanma normal getmir.

Ərşad Hüseynovun sözlərinə görə, aşağı oktan ədədli benzinin işlədilməsi avtomobillərin konstruksiyasında müəyyən eləmentlərin sıradan çıxması riskini də artıra bilər.

O bildirib ki, oktan ədədini aşağı salmaqda məqsəd odur ki, `Aİ-95` istehsal edəndə məhsuldarlıq aşağı düşür. Çünki daha kefiyyətli məhsul alınır.

- Bütün dünyada aparıcı avtomobil istehsalçıları minik avtomobillərini məhz Aİ-95 və dahayuxarı oktanlı benzinlərə görə hesablayıb, buraxırlar. Bu, problem yaradacaq. Hər bir halda, avtomobil sahiblərinə də ziyan olacaq, atmosferə zərərli maddələrin daha çox atılması da qaçlmazdır,- deyə ekspert yekunlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti